YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ucarda "Azərbaycanı dünyaya tanıdan böyük şəxsiyyət – Heydər Əliyev” adlı konfrans keçirilib

YAP Ucar rayon təşkilatı və Ucar rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş "Azərbaycanı dünyaya tanıdan böyük şəxsiyyət – Heydər Əliyev” adlı elmi-praktik konfrans keçirilib.

Tədbirdən əvvəl iştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə tər çiçəklər düzüblər.

YAP Ucar rayon təşkilatının akt zalında keçirilən tədbirdə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Ucar rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Şəhla Abdullayeva qeyd edib ki, həyatının mənasını doğma millətinə həsr etməkdə görən, xalqını və dövlətini ağ günlərə çıxarmaq üçün yorulmadan fəaliyyət göstərən Heydər Əliyevin vəfatından 18 il keçir. Ötən 18 ildə ümummilli lider cismən bizimlə olmasa da onun ölməz ideyaları hər gün əlimizdən tutur və bizə düzgün yol göstərir. Keşməkeşli həyat yolu keçmiş Heydər Əliyev hansı vəzifədə işləməsindən asılı olmayaraq daim xalqını düşünmüş, onun problemlərinin həlli yolunda prinsipiallıqla mübarizə aparmışdır. Azərbaycanlı olmağı ilə daim fəxr edən ulu öndər respublikada ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra da azərbaycan dilinin təmizliyi, saflığı uğrunda mübarizə aparmış, Azərbaycan tarixinin dərindən öyrənilməsini bütün gənc nəslə tövsiyə etmiş, ölkənin çiçəklənməsi və onun dünya ölkələri sırasında layiqli yerini tutması üçün hər cür çətinliyə sinə gərmişdir.

Tədbirdə Rəstəcə kənd tam orta məktəbin direktoru Rahib Rəsulov, şəhər 5 saylı tam orta məktəbin direktoru Hakim Nəcəfov, şəhər 4 saylı tam orta məktəbin tarix müəllimi Elvin Abdulov, Ağdaş Regional Mədəniyyət idarəsinin Ucar rayonu üzrə nümayəndəsi Alı Babayev, Ucar ayon Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova ümummilli lider Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışıblar.