YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunan "Tarixə atılan imza" adlı fləşmob keçirilib

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və AzTU-nun birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anım gününə həsr olunan "Tarixə atılan imza" adlı fləşmob keçirilib.

Fləşmobdan əvvəl Ümummilli Liderin AzTU-nun foyesindəki büstü ziyarət olunub, qızılgül dəstələri düzülüb.

Fləşmobda AzTU-nun tələbələrinin iştirakı ilə ulu öndər Heydər Əliyevin imzası yaradılıb.