YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev özü dərin bir dövlətdir...

Bəxtiyar Nəbiyev

YAP Yasamal rayon təşkilatının sədri

      Hər bir xalqın xoşbəxtliyi ondadır ki, onun ən çətin günlərində,  tale yüklü məsələlərin  həllində ona yardım edən,  xalqını sevən,  xalqının mənafelərini qoruyan  bir  rəhbərin olmasıdır. Bizim xalqımızın xoşbəxtçiliyi ondadır ki, müstəqilliyimizin ən kövrək dövründə ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi  hakimiyyətə gəlişi ilə birbaşa bağlıdır. Hər birimizin yaxşı bildiyi kimi 1991-ci ildə müstəqilliyimizin bərpasından sonraki ilk dövrlərdə  hakimiyyətə gəlmiş qüvvələrin yarıtmaz siyasəti nəticəsində xalqımız çox ağır və məşəqqətli dövrlər keçirmişdir. Ölkədə cinayətkarlıq baş alıb getmişdi, iqtisadiyyat çökmüş, ən sadə gündəlik təlabatların təmin edilməsi mümkünsüz hal almışdır. Ən əsas məsələ olan torpaqlarımızın bütövlüyü təhlükə altına düşmüş, milli birliyimiz pozulmuşdu. Ancaq xalqımızın bəxti o yerdə gətirmişdi ki, onun ulu öndər Heydər Əliyev kimi dahi və xalqını sevən siyasətçisi var idi. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsindən sonra xalqımızın inkişaf və tərəqqi yolu açılmışdır. Ulu Öndər Heydər Əliyev ilk öncə ölkədə ictimai-siyasi sabitlik yaratmış ölkədə baş alıb gedən anarxiyanın, özbaşnalığın qarşısını almışdır. Bundan başqa Ulu Öndərin rəhbərliyi altında Azərbaycan ordusunun bir çox uğurlu əməliyyatlarından sonra Ermənistan atəşkəs imzalamağa məcbur qalmışdır.

       Uzaqgörənliklə düşünülmüş siyasət nəticəsində həm ölkədə ictimai-siyasi sabitlik yaradıldı, həm də Qarabağda döyüşlər dayandırıldı. Bundan sonra ölkəmizin inkişaf dövrü başlamışdı. Reallaşdırılan ardıcıl və sistemli tədbirlərin nəticəsi kimi, azad bazar iqtisadiyyatına keçidlə bağlı özəlləşdirməyə geniş meydan verildi, genişmiqyaslı islahatlara başlandı. 1994-cü il sentyabrın 20-də isə Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft müqavilələri imzalandı. “Əsrin müqaviləsi” adlandırılan bu saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, Azərbaycanın dünya xəritəsindəki mövqeyini möhkəmləndirdi. İmzalanan bu müqavilədən sonra ölkəyə daxil olmağa başlayan kapital axını birbaşa xalqımızın rifah halının yaxşılaşdırılmasına gətirib çıxardı. Heç şüphəsiz ki, bu gün güclü iqtisadiyyata malik olan ölkəmizin iqtisadi təməlində məhz bu sazişin böyük əhəmiyyəti vardır. Bir tək bu məqam belə bizə onu deməyə əsas verir ki, bugünkü  müasir Azərbaycan dövlətinin qurucusu məhz ulu öndər Heydər  Əliyevdir.

        Bir məsələni də  mütləq qeyd etmək lazımdır ki, Ulu öndər müasir Azərbaycanı qurmğa hələ Azərbaycan SSRİ-də rəhbər vəzifələrə təyin olunduğu ilk günlərdən başlamışdır. 1969-cu ilin 14 iyulunda Ulu öndər Azərbaycan KP MK-nın I katibi seçildi. Bundan sonra Azərbaycan SSRİ məkanında bütün sahələr üzrə uğurla inkişaf etməyə başladı. Bir çox sahələr üzrə yeni müəssələrin yaradılması həmçinin nəqliyyat, energetika sisteminin yaxşılaşdırılması Ulu Öndərin siyasəti nəticəsində baş vermişdir. Həmin dövrdə bütün çətinliklərə rəğmən yaradılan Cəmşid Naxçıvanski adına hərbi lisey isə Ulu öndərin siyasətinin təntənəsidir. Azərbaycanda hələ o vaxtdan yaradılan müxtəlif adlı və növlü müəssisələr bu gündə müasir Azərbaycanın inkişafında mühüm rol oynayır. Ötən il 2020-ci ildə Prezident İlham Əliyev Mingəçevirdə  “Mingəçevir” SES-in əsaslı təmirindən sonra açılışında Ulu Öndərin heykəlinin önündə demişdir: “İndi təsəvvür etmək mümkün deyil ki, əgər o vaxt bu stansiya tikilməsəydi müstəqillik dövründə hansı problemlərlə üzləşə bilərdik”. Bütün bu və bunun kimi yüzlərlə hal bizə onu deməyə əsas verir ki, Ulu öndər müasir Azərbaycanın qurucusudur.

Ulu öndər Heydər Əliyevin Azərbaycana xalqına Prezident İlham Əliyev kimi mahir siyasətçi də yetişdirdi. Hansı ki, o siyasətçi xalqımızın daim yanında olan, onun illər boyu qanayan yarası olan Qarabağ məsələsini 44 günlük Vətən Müharibəsi ilə həll edib, ərazi bütövlüyümüzü təmin edən Müzəffər Ali Baş Komandan oldu. Hansı ki, bu müharibə zamanı ölkəmizə olan dünyanın böyük siyasi gücləri tərəfindən edilən siyasi  basqılara ancaq mahir siyasətçi dözüm gətirə bilərdi.

Böyük siyasət xadimi, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev hər bir azərbaycanlının qəlbində qoyub getdiyi azərbaycançılıq fəlsəfəsi, dövlətçilik irsi və gördüyü nəhəng işlərlə yaşayacaqdır. Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq və heç vaxt yaddaşlardan silinməyəcəkdir. Biz hər birimiz ölkəmizin gələcəyi naminə Ulu Öndərin irsini həyat yolumuza örnək bilərək həmin zirvənin işığında addımlamalıyıq. Danılmaz faktdır ki, Heydər Əliyev özü dərin bir dövlətdir...

Allah Ulu Öndərə rəhmət eləsin.