YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Stokholmda ulu öndər Heydər Əliyevin xatirəsi yad edilib

Stokholmda ümummilli lider Heydər Əliyevin anım günü mərasimi keçirilib.

Mərasimdə Azərbaycanın İsveçdəki səfirliyinin əməkdaşları və bu ölkədəki diaspor təşkilatlarının fəalları iştirak ediblər.

Tədbiri Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov açaraq müstəqil Azərbaycanın xilaskarı və qurucusu kimi tarixə düşən xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat yoluna və fəaliyyətinə nəzər salıb.

Səfirin sözlərinə görə, Azərbaycanın dərin tənəzzül və parçalanma təhlükəsi ilə üzləşdiyi anda Ulu Öndər vətənimizi bu təhlükədən qurtararaq, onu inkişaf etdirməyə nail olub. Bu böyük lider ölkəmizin iqtisadi-siyasi, mədəni və hərbi inkişafında misilsiz xidmətləri ilə Azərbaycanı dünya dövlətləri sırasında layiqli yerə çıxartmağa nail olub. “Aparılan siyasət və praktiki addımlar ilə ölkəmiz nəticədə öz ərazi bütövlüyünü bərpa etməyə nail olub”, - deyə Zaur Əhmədov bildirib.

Sonra çıxış edən İsveçdə yaşayan Azərbaycan diasporunun nümayəndələri Ulu Öndərin uzaqgörən siyasətindən söz acaraq öz fikirlərini bölüşüblər.

Qeyd edək ki, anım mərasimi çərçivəsində Heydər Əliyev Mərkəzinin hazırladığı videoçarx nümayiş olunub.