YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ərazi partiya təşkilatlarının hesabat-seçki yığıncağı keçirilib

YAP Səbail rayon təşkilatı “Neftçilər prospekti 73” ərazi partiya təşkilatlarının hesabat-seçki yığıncağı keçirilib.

Ərazi partiya təşkilatının sədri İkram Qurbanov hesabat məruzəsi ilə çıxış edərək təşkilatın VI qurultayından sonraki dövr ərzində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıb.

İ.Qurbanov bildirib ki, təşkilat üzvləri istər ölkə səviyyəsində keçirilən tədbirlərdə, istərsə də rayon tədbirlərində fəal iştirak edirlər.

Hesabat məruzəsi ətrafında geniş müzakirələr aparılıb və ərazi partiya təşkilatının hesabatı qənaətbəxş hesab olunaraq qəbul edilib. Daha sonra partiya təşkilatının rəhbər orqanlarının yeni tərkibi seçilib.

Yığıncaqda çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev hesabat məruzəsini və ərazi partiya təşkilatının fəaliyyətini qənaətbəxş qiymətləndirib. YAP-ın sədri Prezident İlham Əliyevin təhsil sahəsində apardığı düşünülmüş və məqsədyönlü siyasətdən danışan M.Nağıyev vurğulayıb ki, ölkəmizdə neft kapitalının insan kapitalına çevrilməsi üçün əsaslı işlər görülür, təhsil ocaqlarımızın maddi-texniki təchizatının yaxşılaşdırılması, yeniləşdirilməsi hər zaman ölkə başçısı İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban Əliyevanın diqqət mərkəzindədir. Həmçinin əlavə edib ki, 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyev heç bir xarici təyziqlərə məhəl qoymayıb: “Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Şübhəsiz, sosial-siyasi sabitliyin qorunması, mövcud iqtisadi inkişaf, hərtərəfli tərəqqi heç də asan məsələ deyildi. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin elan etdiyi “Qarabağ Azərbaycandır və nida” şüarı xalqımızı qələbəyə səsləyən rəhbər çağırışı oldu. 44 gün davam edən Vətən müharibəsində cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik xalqımızın dövlət başçısının ətrafinda sıx birləşdirdi”.

M.Nağıyev yeni seçilmiş sədr və müavini təbrik edərək, təşkilatın işlərində uğurlar arzulayıb, iclas iştirakçılarını partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.

M.Nağıyev çıxışında VII qurultayda YAP rəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifələr, öhdəliklər, yeni sturuktur və yeni fəaliyyət haqda partiya fəallarına məlumat da verib.

DİGƏR Xəbərlər Arxiv