YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakı-Tbilisi-Qars dəmir yolunda rəqabətqabiliyyətli tariflərin müəyyən edilməsi müzakirə olunub

Rəqəmsal inkişaf və nəqliyyat naziri (RİNN) Rəşad Nəbiyev Bakıda keçirilən 6-cı Azərbaycan-Gürcüstan-Türkiyə Biznes Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri xanım Natiya Turnava ilə görüşüb.

RİNN-dən bildirilib ki, görüşdə iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Azərbaycan və Gürcüstan üzərindən keçən nəqliyyat dəhlizlərinin potensialının artırılmasının ölkələrimiz arasında yükdaşımaların inkişafına təsiri və beynəlxalq yükdaşımalarında tətbiq olunan tariflər barədə fikir mübadiləsi aparılıb.

Görüş zamanı, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi müzakirə edilib. Layihə üzrə aparılan işlərin sürətləndirilməsi, icra edilmiş işlərin mərhələli şəkildə istismara qəbul edilməsi və layihənin idarəetmə strukturunda dəyişikliklərin edilməsi kimi məsələlər müzakirə predmeti olub. Eyni zamanda, iki ölkə arasında Bakı-Tbilisi-Qars dəmir yolu üzrə yükdaşımalarına əlavə yük həcminin cəlb edilməsi və rəqabətqabiliyyətli tariflərin müəyyən edilməsinə dair müzakirələr aparılıb.

DİGƏR Xəbərlər Arxiv