YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən müharibəsi şəhidinin abidə kompleksi açılıb

Cəbrayıl rayonunun Daşkəsən kəndindən olan Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyatçısı Hüseynov Elxan Maarif oğlunun ildönümü mərasimi keçirilib.

 Anım tədbirində Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Yeni Azərbaycan Partiyası Cəbrayıl rayon təşkilatının nümayəndəsi Məhəmməd Əliyev, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin döyüş yoldaşları, müharibə əlilləri, veteranlar, şəhid ailələrinin üzvləri, E.Hüseynovun təhsil aldığı X.Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbinin müəllim və şagird kollektivi, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Şəhidlər Xiyabanında E.Hüseynovun məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, ruhunu ehtiramla yad ediblər.

Sonra abidə kompleksinin açılışı keçirilib. Tədbirdə çıxış edənlər şəhidin keçdiyi döyüş yolundan söhbət açıblar.

Daha sonra orta məktəb şagirdlərinin ifasında E.Hüseynova həsr olunmuş kompozisiya səsləndirilib.

Tədbir şəhidin yaşadığı evdə yas mərasimi ilə davam etdirilib. Tədbir iştirakçıları şəhidin ailəsi ilə söhbət edib, onların qayğı və problemləri ilə maraqlanıblar.

E.Hüseynovun anası Sevil Xəlilova övladının qəhrəmanlığı ilə fəxr etdiyini deyib. O, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirib.

Qeyd edək ki, E.Hüseynov müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb. O, noyabrın 6-da yaralanıb və uzun müddət komada qaldıqdan sonra dekabrın 13-də şəhadətə yüksəlib.