YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Cənab İlham Əliyev rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə olduğu kimi idman sahəsində də böyük uğurlar qazanılıb

“Milli Olinmpiya Komitəsinin (MOK) onlayn formatda keçirilən VIII hesabat-seçki Baş Məclisinin iclasında Azərbaycan Prezidenti İlham Əliyev növbəti dəfə Milli Olimpiya Komitəsinin Prezidenti seçilib. Cənab İlham Əliyev 1997-ci ildən Milli Olimpiya Komitəsinə Prezident seçildikdən sonra Azərbaycanda idmanıın inkişafına diqqət və qayğı əhəmiyyətli dərəcədə  artmışdır. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə olduğu kimi idman sahəsində də böyük uğurlar qazanılmışdır”. Bu fikirləri Milli Məclisin deputatı Rauf Əliyev deyib.

Deputat bildirib ki, artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb, beynəlxalaq idman ailəsində layiqli yerini tutub. Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Vətəndaşlarımızın fiziki və mənəvi tərbiyəsində əhəmiyyətli rol oynayan bədən tərbiyəsi və idman dövlətimizin xüsusi diqqət və qayğısı ilə əhatə olunub. Bu diqqət və qayğı idmanın inkişafına təkan verməklə yanaşı, minlərlə yeniyetmə və gəncin sağlam, vətənpərvərlik ruhda tərbiyə olunmasına əlverişli şərait yaradıb. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin cənablarının rəhbərliyi ilə Qəhrəman Ordumuzun Vətən müharibəsində əldə etdiyi tarix Qələbənin əldə olunmasında əsas pay sahibi gənclərimiz olmuşdur. Bu gənclərin içərisində idmançılar az olmamışdır.

Millət vəkilinin sözlərinə görə, respublikamızın əksər reqionlarında müasir standartlara cavab verən, hər cür şəraiti olan Olimpiya İdman Kompleksləri, stadionlar, idman zalları tikilərək gənclərin istifadəsinə verilmişdir: “Azərbaycanda idmana dövlər qayğısı, idmana olan münasibət başqa ölkələrə nümunə kimi göstərilir. Ölkəmizin nüfuzlu idman yarışlarına və tədbirlərinə ev sahibliyi etməsi, idmançılarımızın mötəbər yarışlarda çoxlu sayda medullar və mükafatlar qazanması respublikamızı dünyada inkişaf etmiş idman ölkəsi kimi tanıdıb. 44 gün davam edən Vətən müharibəsində cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun qazandığı tarixi Zəfər ölkəmizdə xalqımızın, o cümlədən gənclərimizin vətənpərvərlik hisslərini daha artırmış, idmançılarımızın qələbə əzmini daha da yüksəltmişdir. Bütünlükdə, ölkə rəhbərliyinin diqqət və qayğısı, həyata keçirilən bu tədbirlər bir daha deməyə əsas verir ki, ölkəmizdə idmanın inkişafı gələcək illlərdə də yüksək səviyyədə təmin olunacaq. Cənab Prezident İlham Əliyevi növbəti dəfə Mili Olimpiya Komitəsinin Prezidenti seçilməyi münasibətilə təbrik edir, möhkəm can sağlığı, Azərbaycan xalqının xöşbəxt gələcəyi naminə yorulmaz fəaliyyətində uğurlar arzulayıram”.