YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Səbail rayon təşkilatı ərazi partiya təşkilatlarının hesabat-seçki yığıncağı davam edir

YAP Səbail rayon təşkilatı “Z.Tağıyev 4” ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.

Ərazi partiya təşkilatının sədri Bəhman Kərimov hesabat məruzəsi ilə çıxış edərək təşkilatın VI qurultayından sonrakı dövr ərzində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıb. 

Yığıncaqda hesabat məruzəsi ətrafında geniş müzakirələr aparılıb və ərazi partiya təşkilatının hesabatı qənaətbəxş hesab olunaraq qəbul edilib. Daha sonra partiya təşkilatının rəhbər orqanlarının yeni tərkibi seçilib.

YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev hesabat məruzəsini və ərazi partiya təşkilatının fəaliyyətini qənaətbəxş qiymətləndirib.  O, yeni seçilmiş  sədr və müavini təbrik edərək təşkilatın işlərinə uğurlar arzulayıb və iclas iştirakçılarını partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb. YAP Səbail rayon təşkilatının sədri VII qurultayda YAP rəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifələr, öhdəliklər, yeni sturuktur və yeni fəaliyyət barədə partiya fəallarına məlumat verib.