YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mövlud Çavuşoğlu: Türkiyə Cənubi Qafqazla bağlı bütün məsələlərdə Azərbaycanla məsləhətləşmələr aparır

Türkiyə bölgədə atdığı bütün addımlarda, xüsusilə Cənubi Qafqazla bağlı məsələlərdə Azərbaycanla məsləhətləşmələr aparır və birgə qərarlar verir.

Bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Pakistanda keçirilən İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasından sonra mətbuata açıqlamasında ifadə edib.

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələrin təyinatı məsələsinin artıq icra olunduğunu bildirən nazir bu məsələnin əvvəlcə Türkiyə Böyük Millət Məclisində qaldırıldığını xatırladıb.

Mövlud Çavuşoğlu səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla da bunu müzakirə etdiklərini bildirib.

Nazir hazırda Türkiyə ilə Ermənistan arasında hava əlaqəsinin açılması ilə bağlı qarşı tərəfin tələblərinə baxıldığını deyib.