YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İslamabadda Azərbaycan və İran xarici işlər nazirlərinin görüşü olub

Dekabrın 19-da İslam Əməkdaşlıq Təşkilatının İslamabadda keçirilən növbədənkənar toplantısı çərçivəsində Azərbaycan və İran xarici işlər nazirləri görüşüb.

Ceyhun Bayramov və Hüseyn Əmir Abdullahianın görüşündə qarşılıqlı əlaqələrin inkişafı perspektivi müzakirə edilib. Tərəflər qarşılıqlı əlaqələrin inkişafından məmnun olduqlarını vurğulayıblar.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahianı Azərbaycana səfərə dəvət edib.