YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Səbail rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir

Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatı “Neftçilər prospekti 73” (Socar Nəqliyyat İdarəsi ) ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.

Ərazi partiya təşkilatının sədri Məhəmmədəli Mürsəlov hesabat məruzəsi ilə çıxış edərək təşkilatın VI qurultayından sonrakı dövr ərzində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıb. 

M.Mürsəlov bildirib ki, təşkilatdakı YAP üzvləri istər ölkə səviyyəsində, istərsə də rayonlarda keçirilən tədbirlərində fəal iştirak edirlər.

Hesabat məruzəsi ətrafında geniş müzakirələr aparılıb və ərazi partiya təşkilatının hesabatı qənaətbəxş hesab olunaraq qəbul edilib.

Daha sonra partiya təşkilatının rəhbər orqanlarının yeni tərkibi seçilib.

Yığıncaqda çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar  Nağıyev hesabat məruzəsini və ərazi partiya təşkilatının fəaliyyətini qənaətbəxş qiymətləndirib. Azərbaycanın uğurlu daxili və xarici siyasətinin verdiyi bəhrələrdən danışan Muxtar Nağıyev bildirib ki, 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyev heç bir xarici təzyiqə məhəl qoymadan xalq və dövlət maraqlarının təminatçısı kimi addımlar atdı. “Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Şübhəsiz, sosial-siyasi sabitliyin qorunması, mövcud iqtisadi inkişaf, hərtərəfli tərəqqi heç də asan məsələ deyildi. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin elan etdiyi “Qarabağ Azərbaycandır və nida” şüarı xalqımızı qələbəyə səsləyən və xalqımızı məqsəd ətrafında birləşdirən rəhbər çağırışı oldu. 44 gün davam edən Vətən müharibəsində cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik xalqımızı dövlət başçısının ətrafinda topladı”, - deyə M.Nağıyev əlavə edib.

Rayon təşkilatının sədri yeni seçilmiş sədr və müavini təbrik edib, onlara və təşkilat üzvlərinə işlərində uğurlar arzulayaraq iclas iştirakçılarını partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb. M.Nağıyev çıxışının sonunda partiyanın 7-ci qurultayında YAP rəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifələr, öhdəliklər barədə danışıb, yeni struktur barədə partiya fəallarına geniş məlumat verib.