YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən müharibəsi şəhidi doğum günündə anılıb

Yevlaxda Vətən müharibəsi şəhidi Məhərli Muraz Baxşəli oğlunun doğum günü münasibətilə anım tədbiri keçirilib. Yevlax Şəhər İcra Hakimiyyətinin, YAP Yevlax rayon təşkilatının və Təhsil Şöbəsinin əməkdaşları şəhidin rayonun Salahlı kənd qəbirstanlığındakı məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüb, əziz xatirəsini böyük ehtiramla yad ediblər.  Şəhid ailələrinin, qazilərin, rayon sakinlərinin iştirak etdiyi mərasimdə şəhidin ruhuna dualar oxunub, məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Tədbir çərçivəsində Yevlax Şəhər Uşaq-Gənclər İdman Şahmat Məktəbinin  şəhidin xatirəsinə həsr etdiyi idmanın futbol növü üzrə rayon turnirinin qaliblərinə fəxri fərmanlar təqdim olunub.

Daha sonra tədbir iştirakçıları şəhidin ailəsini ziyarət edərək onlara başsağlığı veriblər.

Görüşdə Vətən qəhrəmanının şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib.