YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naqif Həmzəyev: Yeni sosial islahatlar paketi ölkəmizin müstəqil dövlət kimi güclənməsinə xidmət edir

Yeni sosial islahatlar paketi, ayrı-ayrı sahələr üzrə verilən qərarlar, həyata keçirilən islahatlar ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəlməsinə, maddi və mənəvi rifah halının yaxşılaşmasına, Azərbaycanın müstəqil dövlət kimi güclənməsinə xidmət edir. Ölkə Prezidenti İlham Əliyevin yeni Fərman və Sərəncamları vətəndaş rifahının təminatı istiqamətində növbəti mərhələnin başlanmasına imkan yaradır, əhalinin rifahına ciddi dəstək olan mühüm sosial uğura nail olmağa imkan verir.

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. Millət vəkili qeyd edib ki, bu sənədlərə əsasən həyata keçiriləcək tədbirlər əhalinin həssas qruplarına yönələn sosial ödənişlərin artırılmasının xüsusilə son illərdə geniş miqyas aldığının daha bir təsdiqidir. Nəzərdə tutulan artımlar üçün illik əlavə 200 milyon manat ayrılıb. 2022-ci ilin sosial islahatları dövlət başçısının “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il 16 oktyabr tarixli Sərəncamına əsasən reallaşdırılır. Yeni ildən tətbiq ediləcək islahatlar üçün illik əlavə 1,5 milyard manat vəsait nəzərdə tutulub. İslahatlar 2,1 milyondan çox şəxsi əhatə edəcək.

Prezident İlham Əliyev siyasətinin ana xəttini təşkil edən vətəndaş rifahının təminatı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi hər zaman təsdiq edir ki, ölkəmizin hər bir vətəndaşının rifahı dövlətin diqqət mərkəzindədir. Yeni Fərman və Sərəncamlarla müavinət və təqaüd artımı əhalinin bütün təbəqələrini əhatə edəcəkdir. Müavinət və təqaüd artımı əlilliyi olan şəxslər və I dərəcə əlilliyi olan şəxslərə qulluq edənləri, sağlamlıq imkanları məhdud uşaqları və onlara qulluq edənləri, yaşa görə müavinət alanları, ailə başçısını itirməyə görə müavinət alanları, müddətli hərbi xidmətdə olanların uşaqlarını, uşaqların qəyyumlarını əhatə edəcək. Sözügedən sənədlər eləcə də beşdən çox uşağı olan qadınlara, bir yaşadək uşağı olan (ünvanlı sosial yardım alan) aztəminatlı ailələrə, övladlığa uşaq götürənlərə, işləməyən pensiyaçı elmlər və fəlsəfə doktorlarına, “Xalq” və “Əməkdar” fəxri adı olanlara, həmçinin doktorant və tələbələrə aiddir. Ümumiyyətlə, yeni fərman və sərəncamlar əlilliyi olan şəxslər və digər kateqoriyalardan ibarət, ümumilikdə 732 min şəxsi, o cümlədən 132 min doktorant və tələbəni əhatə edərək müavinət və təqaüd formasında onlara yönələn sosial ödənişlərin gələn ilin əvvəlindən artırılmasını təmin edir.

Ölkəmizdə ictimai-siyasi sabitliyin qorunub saxlanılması, dövlət idarəçiliyinin səmərəli təşkili, vahid dövlət siyasətinin həyata keçirilməsi, sosial-iqtisadi inkişafda əsas hədəflərin dəqiq müəyyən edilməsi, islahatların davamlı xarakter daşıması onu da təsdiq edir ki, dövlət ölkə Prezidenti tərəfindən verilən vədlər sözdə deyil, əməldə öz təsdiqini tapır.

Sosial dövlət modelini uğurlu tətbiq edən ölkələr sırasında yer alan Azərbaycanda Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan yeni sosial islahatlar öz növbəsində əhalinin rifah halının daha da yüksəlməsinə müsbət təsirini göstərəcək.