YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Göyçay rayon təşkilatında “Azərbaycan son 18 ildə” mövzusunda tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatında “Azərbaycan son 18 ildə” mövzusunda tədbir keçirilib.

Öncə “Azərbaycan son 18 ildə” adlı film nümayiş olunub.

Daha sonra tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Sahib Şükürov müstəqil Azərbaycanın son 18 il ərzində keçdiyi möhtəşəm inkişaf yoluna nəzər salıb. O bildirib ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev 2003-cü ildə hakimiyyətə gəlişi ilə Azərbaycan dövləti üçün yeni səhifə açdı. Bu səhifə Azərbaycanı regionun lider dövlətinə çevirmək, onun beynəlxalq nüfuzunu artırmaq, dövlətimizi gücləndirmək və onu daha da qüdrətli etmək kimi vəzifələri həyata keçirməyə başladı. 18 illlik qısa zaman kəsiyində Azərbaycan dövləti çox böyük uğurlara imza atdı. Əsrə bərabər 18 ilin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı.

Sonra çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə bildirib ki, 2003-cü ildən Prezident kimi xalqın böyük nüfuzunu və inamını qazanmış cənab İlham Əliyev böyük tarixi şəxsiyyətdir.Cənab İlham Əliyevin 2003-cü ildə xalqın yekdil dəstəyi ilə Prezident seçilməsi müstəqil Azərbaycanın həyatında yeni mərhələnin başlanğıcı oldu. M. Səlimzadə qeyd edib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqının qarşısında ən böyük xidməti bilavasitə onun rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 gün davam edən Vətən Müharibəsində əldə olunan tarixi Zəfər nəticəsində torpaqlarımızın düşmən işğalından azad edilməsidir.

Sonra tədbirdə Vüqar Məsimov  “Son 18 ildə Azərbaycanda təhsilin inkişaf istiqamətləri”, Səbinə İbrahimova “Son 18 ildə Azərbaycan səhiyyəsi – uğurlar, nailiyyətlər”, Nuranə Əzizli “Son 18 ildə  Mədəniyyət siyasətinin inkşaf yolları”, Həmidə Məcidli “Son 18 ildə dövlət gənclər siyasətinin həyata keçirilməsində əldə olunan uğurlar”,  Mahir Cəfərov “2003-2021-ci illərdə əldə olunan iqtisadi uğurlar” mövzusunda çıxış ediblər.