Gündəm
Prezident İlham Əliyev: Xalqın dəstəyi mənə güc verir, iradəmi möhkəmləndirir
![](http://www.yap.org.az/thumb.php?src=http://www.yap.org.az/upload/images/9695b85f2722bf61462ab287624587e5.jpg&w=360)
Son günlər ərzində mənə həm xaricdən həmkarlarımdan, müxtəlif ölkələrin dövlət və hökumət başçılarından, xaricdə yaşayan azərbaycanlılardanvə ölkə vətəndaşlarından çoxlu təbrik məktubları gəlir.
Bu barədə Prezident İlham Əliyev dekabrın 24-də Şuşada, Cıdır düzündə çıxışı zamanı bildirib.
Onu təbrik edən bütün insanlara təşəkkür edən dövlətimizin başçısı deyib: “Xüsusilə Azərbaycan xalqına öz təşəkkürümü bildirmək istəyirəm, həm təbriklərə görə, həm də mənə göstərilən dəstəyə görə. Mən bu dəstəyi 2003-cü ildən - Prezident vəzifəsinə ilk dəfə seçiləndən bu günə qədər hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək iradəmi möhkəmləndirir. Bu dəstək nəticəsində biz hamımız – bütün Azərbaycan xalqı böyük tarixi uğurlara imza atmışıq”.