YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Yasamal rayon təşkilatında ərazi partiya təşkilatlarının sədrləri ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında ərazi partiya təşkilatlarının sədrləri ilə görüş keçirilib.

Görüşü giriş nitqi ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev iştirakçıları salamlayıb. Prezident İlham Əliyevin 2022-ci ili “Şuşa İli” elan etməsini diqqətə çatdıran B.Nəbiyev qeyd edib ki, Zəfərimizin yaratdığı yeni reallıqlar fonunda Şuşamızın, Qarabağımızın müasir intibah dövrünü yaşayırıq.

Rayon təşkilatının sədri ərazi partiya təşkilatlarının sədrlərinə partiyanın yeni proqramına əsasən qəbul olunan və yenilənən qərarlar, o cümlədən YAP Yasamal rayon təşkilatının 2022-ci il iş planı haqqında məlumat verib.

Müzakirə formatında davam edən görüşdə ərazi partiya təşkilatlarının sədrlərinin təklifləri dinlənilib.

B.Nəbiyev ərazi partiya təşkilatlarına tapşırıq və tövsiyələrini verib, onları daha fəal olmağa, rayon təşkilatının fəaliyyətində yaxından iştirak etməyə çağırıb.