YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Birinci Qarabağ müharibəsi veteranı Altay Babaşov 65 illik yubileyi qeyd olunub

YAP Səbail rayon təşkilatının təşəbbüsü ilə birinci Qarabağ müharibəsi veteranı Babaşov Altay Əhəd oğlunun 65 illik yubileyi qeyd olunub.

Birinci Qarabağ müharibəsi veteranlarının iştirakı ilə keçirilən tədbirdə çıxış edən rayon təşkilatının sədri Muxtar Nağıyev ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, onun əsasını qoyduğu uğurlu daxili və xarici siyasət bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.

M.Nağıyev Azərbaycanda qazilərə, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan da danışıb. Qeyd edib ki, birinci və ikinci Qarabağ müharibəsinin veteranları və şəhid ailələri hər zaman dövlət başçımızın diqqət mərkəzindədir.

Tədbirin sonunda birinci Qarabağ müharibəsi veteranı Altay Babaşov təltif edilib.

DİGƏR Xəbərlər Arxiv