YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ucarda Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Ucarda Vətən müharibəsi şəhidi Bəkirov Təbriz Etibar oğlunun doğum günü münasibətilə məzarı ziyarət olunub.

Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Şəhla Abdullayeva və təşkilat fəalları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin rəisi Ceyhun Əliyev, rayon Heydər Əliyev Mərkəzinin, Gənclər və İdman İdarəsinin, Tarix Diyarşünaslıq Muzeyinin, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, Uşaq İncəsənət Məktəbinin, Gənclər evinin rəhbərliyi və kollektiv üzvləri, şəhid valideynləri rayonun Bağırbəyli kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edib, üzərinə tər çiçəklər düzüb, xatirəsini ehtiramla yad ediblər.

Qeyd edək ki, şəhid Təbriz Bəkirov 26 yanvar 1993-cü ildə Ucar rayonunun Bağırbəyli kəndində anadan olub. 2020-ci il oktyabrın 4-də Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Prezidentin sərəncamına əsasən, o, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

DİGƏR Xəbərlər Arxiv