YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ramil Həsən Ucar rayonunun Şahlıq kəndində qaz xətlərinin çəkilməsi işləri ilə maraqlanıb

Milli Məclisin deputatı Ramil Həsən Ucar rayonunda seçiciləri ilə görüşüb, onların şikayət və problemləri ilə maraqlanıb.

R.Həsən Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədovla rayonda bir sıra problemləri, onların həlli yollarını müzakirə edib.

Daha sonra deputat Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Şəhla Abdullayeva ilə birgə ümummilli lider Heydər Əliyevin Ucar şəhər mərkəzində ucaldılmış abidəsini ziyarət edib, üzərinə çiçəklər düzüb. Rayonun Şəhidlər xiyabanında Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarları da ziyarət olunub.

Milli Məclisin deputatı YAP Ucar rayon təşkilatında əməkdaşlar və partiya fəalları ilə görüşərək gələcək planlar və görüləcək işlər barədə fikir mübadiləsi aparıb.  

R.Həsən uzun illər qaz probleminin mövcud olduğu rayonun Şahlıq kəndində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qaz xətlərinin çəkilməsi işləri ilə də tanış olub. Birliyin əməkdaşları və kənd camaatı ilə müzakirə zamanı qazlaşdırma prosesinin tezliklə başa çatacağı qeyd olunub.

DİGƏR Xəbərlər Arxiv