YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nərimanov rayon təşkilatının “Heydər Əliyev prospekti 10” ərazi partiya təşkilatında iclas keçirilib

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı “Heydər Əliyev prospekti 10” ünvanlı ərazi partiya təşkilatında partiya üzvləri ilə iclas keçirilib.

İclasda Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva, YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, təşkilat əməkdaşları və partiya üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan U.Tağıyeva Zəfərimizin yaratdığı yeni reallıqlar fonunda Prezident İlham Əliyevin 2022-ci ili “Şuşa İli” elan etməsi ilə Şuşanın, Qarabağın müasir intibah dövrünü yaşadığını diqqətə çatdırıb.O, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının hədəflərə doğru daha da inamla irəlilədiyini söyləyib.

İclasda çıxış edən S.Vəliyev ərazi partiya təşkilatının sədrinə və üzvlərinə Yeni Azərbaycan Partiyasının yeni proqramına əsasən qəbul olunan, yenilənən qərarlar və YAP Nərimanov rayon təşkilatının 2022-ci il iş planı haqqında məlumat verib.

Ərazi partiya təşkilatının sədri və üzvləri yeni proqramla əyani surətdə məlumatlandırılıb.  

Müzakirə formatında keçən görüşdə ərazi partiya təşkilatı sədrinin və YAP üzvlərinin təklifləri dinlənilib.

YAP Nərimanov rayon təşkilatının sədri, ərazi partiya təşkilatının hər bir üzvünü görüləcək işlərdə, keçiriləcək aksiya və tədbirlərdə fəal olmağa çağırıb.