YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səfir: Birləşmiş Krallıq işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinə xüsusi önəm verir

Birləşmiş Krallıq işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinə xüsusi önəm verir. Biz bundan sonra da Azərbaycan hökumətinə bu sahədə dəstəyi davam etdirəcəyik.

Bu sözləri Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Layl Şarp yanvarın 31-də keçirilən “Qadın, sülh və təhlükəsizlik: Postmünaqişə dövründə bərpa işlərində qadınların rolu” mövzusunda konfransda çıxışı zamanı ifadə edib.

Səfir bildirib ki, ərazilərin bərpa və yenidənqurmada qadınların rolu prosesin vacib hissəsidir. Azərbaycan hökuməti çox arzulayır ki, işğaldan azad etdiyi əraziləri yenidən bərpa etsin və yüz minlərlə məcburi köçkünləri doğma yurdlarına qaytarsın. Vətəndaşların öz evlərinə qayıtması vacib məsələdir. Bu, həmçinin ölkə üçün həmin əraziləri yenidən inkişaf etdirmək və qurmaq baxımından böyük imkandır.

“Ümumiyyətlə, bu proses ölkə miqyasında aparılmalıdır. Qadınların bərpa-yenidənqurma mərhələsində iştirakı vacib məsələdir. Onların da üzərinə məsuliyyət qoyulmaldır. Bu, həm ölkə, həm də əhali üçün əhəmiyyətlidir”, - deyə C.Şarp vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv