YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev ÇXR-in Sədri Si Cinpinə təbrik məktubu göndərib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpini və onun simasında Çin xalqını Yeni ilin gəlişini simvolizə edən Bahar bayramı münasibətilə təbrik edib.

Dövlətimizin başçısı dərin tarixi kökləri olan Çin xalqının zəngin milli-mənəvi irsini özündə bariz şəkildə ifadə edən bu bayramın dost ölkəyə əmin-amanlıq, firavanlıq, bol ruzi-bərəkət bəxş etməsini arzulayıb.

Təbrik məktubunda deyilir: “Azərbaycan ilə Çin arasında dostluq münasibətlərinin bugünkü səviyyəsi və dinamikası böyük məmnunluq doğurur. Əminəm ki, ölkələrimiz arasında siyasi, iqtisadi-ticari, enerji, sənaye və digər sahələrdə mövcud olan qarşılıqlı faydalı əməkdaşlıq birgə səylərimizlə bundan sonra da uğurla inkişaf edəcəkdir”.

Azərbaycan Prezidenti, həmçinin Pekin Qış Olimpiya Oyunlarının keçirilməsində Çin Xalq Respublikasına uğurlar arzulayıb, bu beynəlxalq yarışların möhtəşəm idman bayramına çevriləcəyinə inamını ifadə edib.

DİGƏR Xəbərlər Arxiv