YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə Qanunu imzalayıb

“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi təsdiqlənib.

Fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Şuşa Bəyannaməsi haqqında qanun layihəsini ratifikasiya edib.

Tarixi əhəmiyyətə malik Şuşa Bəyannaməsinin imzalanması ilə iki qardaş ölkənin münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib, hərtərəfli əməkdaşlıq istiqamətində yeni üfüqlər açılıb.