YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naqif Həmzəyev: Ölkəmizin dayanıqlı enerji təminatı var

“Azərbaycan bu gün dünya miqyasında enerji komponentlərinin inkişafına görə qabaqcıl ölkələr sırasında addımlayır. Enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində əldə edilən böyük nailiyyətlər, rekord göstəricilər ölkəmizin maliyyə və texniki imkanlarından xəbər verir”. Bu fikirləri Milli Məclisin deputatı Naqif Həmzəyev səsləndirib.

Deputat bildirib ki, təkcə ötən il Azərbaycanda 27 milyard kilovat/saat elektrik enerjisi istehsal edilib, 1,6 milyard kilovat/saat ixrac olunub: “Azərbaycan artıq çox ciddi elektrik enerjisi ixrac edən ölkədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gücü 750 meqavat olan Yaşma yarımstansiyanın və 385 meqavat gücündə olan “Qobu” Elektrik Stansiyasının açılışında iştirakı ölkənin enerji dayanıqlılığının uğurlu davamı kimi qiymətləndirilir. Müstəqilliyimizin ilk illərində mövcud stansiyaları yararsız vəziyyətdə, enerji gücü kasad olan ölkə bu gün öz vəsaiti hesabına inşa edilən nəhəng enerji obyektlərini istifadəyə verir. Nəhəng enerji obyektlərinin inşa edilməsi, xalqın ixtiyarına verilməsi Azərbaycanın güclü imkanları hesabına mümkün olub. Yaşma yarımstansiyanın, “Qobu” Elektrik Stansiyasının istifadəyə verilməsi ölkənin enerji dayanıqlılığına xidmət göstərməsi ilə yanaşı enerji təhlükəsizliyinin təmin olunması prosesinə böyük töhfə oldu. Ölkəmizin neft, qaz, elektrik enerjisi ixracatı bu gün həm Azərbaycanın, həm qonşu ölkələrin və hətta Avropa ölkələrinin enerji təhlükəsizliyində mühüm yer tutur. Azərbaycan nadir ölkələrdəndir ki, bütün qonşu ölkələrə həm xam neft, həm təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisini ixrac edir”.

N.Həmzəyevin sözlərinə görə, 4 qonşu ölkəyə- Türkiyə, Rusiya, Gürcüstan və İrana 1,6 milyard kilovat/saat elektrik enerjisi ixrac edən Azərbaycan elektrik enerjisinin ixracatı artmaqdadır. “Ümumilikdə, son illərdə Azərbaycanın bərpaolunan enerji potensialı artır, elektrik enerjisi infrastrukturuna böyük həcmdə sərmayələr yatırılır. “Bu da ondan xəbər verir ki, artan enerji ixracı ölkənin iqtisadi və geosiyasi əhəmiyyətini artıracaq. Enerji keçidi ilə bağlı qlobal çağırışların uğurla reallaşdığı ölkələr sırasında uğurla addımlayan müstəqil Azərbaycan təkcə neftdən, qazdan yox, elektrik enerjisindən də xalqın mənafeyinə xidmət edən gəlirlər əldə edəcək”, - deyə deputat əlavə edib.