YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İşğaldan azad olunmuş ərazilərimizdə mədəni və dini abidələrin bərpasında Heydər Əliyev Fondunun rolu olduqca böyükdür

Hikmət Məmmədov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Ağdam rayonunda həyata keçirilən quruculuq və bərpa işləri Prezident İlham Əlyevin böyük qayıdışıla bağlı xalqımızın 30 illik arzularının gerçəkləşdirilməsinin göstəricisidir. İşğaldan azad edilmiş bütün ərazilərimizdə ilk növbədə kommunikasiyaların bərpası və yenidən qurulması layihələri həyata keçirildi ki, bu birinci mərhələnin ən vacib komponemtlərindən biri idi. Yol və nəqliyyat layihələrinin icrası istər ərazilərimizin minalarla çirkləndirilmiş olması baxımından, istərsə də köhnə infrastrukturun tamamilə dağıdılması səbəbəbilə ən çətin vəzifələrdən biri idi. Qısa müddətdə demək olar ki, azad edilmiş ərzailərimizin böyük bir hissəsində bu işlər çox sürətlə həyata keçirildi. İkinci mərhələ isə enerji layihələrinin icra olunması idi. Bu da özlüyündə mürəkkəb və yenə də təhlükəsizilik məsələləri baxımından olduqca çox diqqət və zaman tələb edən məsələ idi. Ancaq Azərbaycan qısa müddətdə bu çətinliklərin öhdəsindən gəlməyi bacardı. Hazırda işğaldan azad edilmiş ərazilərimiz, hər iki iqtisadi rayon, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə elektrik enerjisi təminatı layihələri təkcə bugünki deyil, eyni zamanda perspektiv tələbatı da nəzərə almaqla elə icra edilib ki, onlar elektrik enerjisi ilə təchizatın uzunmüddətli təminatçısı olacaqdır. Təkcə son Ağdam səfəri zamanı Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva Ağdam və Ağcabədi rayonlarında 110/35/10 kV-luq “Ağdam-1” və “Ağdam-2” elektrik yarımstansiyalarının, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin, Ağcabədi rayonunda isə “Ağcabədi” yarımstansiyasının açılışlarında iştirak etdilər. Bu yarımstansiyalar eyni zamanda ölkəmizin ümumi enerji şəbəkələrinə inteqrasiya edilməklə etibarlı təhcizat üçün mühüm təminatçı olacaqlar. Beləliklə yol və enerji kommunikasiyalarının ən yüksək səviyyədə qurulması Qarabağ iqtisadi rayonunun inkişafı üçün mühüm rol oynayan paralel kommunikasiyalar olacaq. Şübhəsiz ki, yalnız bundan sonra azad edilmiş ərazilərimizdə sənaye kompleksləri və digər iş yerlərinin yaradılmasından danışmaq mümkündür ki, artıq bu istiqamətdə də paralel olaraq ardıcıl və sistemli addımlar atılmaqdadır. Ağdam səfəri zamanı Ağdam Sənaye Parkında iki müəssisənin təməlinin qoyulması hadisəsi gələcək iş yerlərinin yaradılması baxımından mühüm əhəmiyyətli hadisə oldu. Çünki məskunlaşma və böyük qayıdış özlüyündə iş yerlərinin açılması və sosial təminatın əvvəlcədən yaradılmasını tələb edir ki, bu da qayıdış və məskunlaşma problemlərinin həllinə kompleks yanaşmanı şərtləndirir.

Azərbaycan Prezidenti və  Birinci vitse-prezidentin Ağdama səfəri zamanı Rayon Mərkəzi Xəstəxanasının təməlinin qoyulması, işğaldan azad olunmuş ərazilərdə səhiyyə infrastrukturunun yaradılması, hazırkı dövrə kimi ölkəmizdə müasir səhiyyə infrastrukturunun qurulması işlərinin tərkib hissəsi kimi işğaldan azad olunmuş ərazilərimizdə də səhiyyə xidmətlərini əlçatan edəcək ki, bu da öz doğma yurdlarında yenidən məskunlaşan vətəndaşlarımız üçün zəruri sosial və tibbi xidmət təminatı olacaq. Ən mühüm məsələlərdən biri isə 30 il işğal altında qalmaqla erməni vandalları tərəfindən dağıdılan və təhqir edilən mədəni irsimizin bərpası məsələsidir ki, bu istiqamətdə Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işləri mühüm əhəmiyyət kəsb edir. Ağdam Cümə məscidi xalqımızın yüzilliklər boyu dini-mənəvi həyatında mühüm rol oynamış dini abidə kimi mənəvi kontekstə olduqca qiymətli abidələrimizdən biridir. Onun bərpa edilməsi eyni zamanda mənəvi dirçəlişimiz və bütövlüyümüzün simvollarından birinin bərpası kimi əhəmiyyətlidir. Ona görə də işğaldan azad olunmuş ərazilərimizdə mədəni və dini abidələrin bərpasında Heydər Əliyev Fondunun rolu olduqca böyükdür və xalqımız tərəfindən çox yüksək qiymətləndirilir. Səfər çərçivəsində Ağdamda yeni yaşayış kompleksinin təməlinin qoyulması isə qısa müddətdə doğma yurd yerlərimizə qayıdacağımızın müjdəsi oldu.