YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Saatlı rayon təşkilatı 11 saylı ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib

Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatı 11 saylı ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib          

Əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra ərazi partiya təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti barədə hesabat məruzəsi dinlənilib. Məruzə ətrafında çıxış edənlər ərazi partiya təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Yığıncaqda təşkilati məsələlərə baxılıb və Rövşən İsayev ərazi partiya təşkilatının sədri, Şəmistan Nərimanlı isə sədr müavini seçiliblər.

Yığıncaqda rayon təşkilatının sədri Lütvəli Şıxəliyev çıxış edərək yeni seçilən sədr və müavini təbrik edib, işlərində uğurlar arzulayıb.

DİGƏR Xəbərlər Arxiv