YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Siyəzən rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib

Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatı Şəhər Nümayəndəliyi, Siyəzən Bələdiyyəsi, Siyəzən rayon Mədəniyyət Mərkəzi, Siyəzənneft NQÇİ, AADYA 2 saylı Yol İstismar idarəsi ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.

Ərazi partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib. Ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətləri qənaətbəxş qiymətləndirilib.

Daha sonra təşkilati məsələlərə baxılıb. Ərazi partiya təşkilatınlarına sədr və sədr müavinləri seçilib.

YAP Siyəzən rayon təşkilatının sədri Samir Baxşiyev yeni seçilən sədr və sədr müavinlərini təbrik edərək işlərində uğurlar arzulayıb, partiya üzvlərini partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.