YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Oğuz rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib

Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatı şəhər 1 nömrəli tam orta məktəb, şəhər 2 nömrəli tam orta məktəb, şəhər 3 nömrəli məktəb-lisey və Oğuz Elektrik Şəbəkə ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.

Əvvəlcə Vətən uğrunda canından keçən şəhidlərin və ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra ərazi partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib. Çıxış edənlər ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətlərini qənaətbəxş qiymətləndiriblər.

Yığıncaqlarda təşkilati məsələlərə də baxılıb. Xanlar Babayev şəhər 1 nömrəli tam orta məktəb ərazi partiya təşkilatının sədri, Sevda Əzizova sədr müavini, Təranə Zəkəriyyəyeva şəhər 2 nömrəli tam orta məktəb ərazi partiya təşkilatının sədri, Dilarə Həsənova sədr müavini, Elnur İsrafilov şəhər 3 nömrəli məktəb-lisey ərazi partiya təşkilatının sədri, Təranə Quliyeva sədr müavini, Zəfər Əfəndiyev Oğuz Elektrik Şəbəkə ərazi partiya təşkilatının sədri, Araz Kərimov isə sədr müavini seçiliblər.

İclasların sonunda YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov yeni seçilən sədr və sədr müavinlərini təbrik edərək işlərində uğurlar arzulayıb, partiya üzvlərini partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.

DİGƏR Xəbərlər Arxiv