YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qazax rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib

Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatı Qazax şəhər 1 saylı tam orta məktəb, Qazax şəhər 2 saylı tam orta məktəb, Uşaq Xəstəxanası, Qazaxbəyli kənd, Daş Salahlı kənd 1 saylı tam orta məktəb, Daş Salahlı kənd 2 saylı tam orta məktəb ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib. O cümlədən “Qazax şəhəri N.Nərimanov yaşayış massivi 35” ünvanı üzrə yeni ərazi partiya təşkilatı təsis edilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yığıncaqlarda ərazi partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib. Çıxış edənlər ərazi partiya təşkilatlarının hesabat dövründəki fəaliyyətlərini qənaətbəxş qiymətləndiriblər.

İclaslarda təşkilati məsələlərə də baxılıb. Qazax şəhər 1 saylı tam orta məktəb ərazi partiya təşkilatına Səadət İsgəndərova sədr, Elnarə Abdullayeva sədr müavini, Qazax şəhər 2 saylı tam orta məktəb ərazi partiya təşkilatına Gülnar Əmrahova sədr, Sakibə Göyüşova sədr müavini, Uşaq Xəstəxanası ərazi partiya təşkilatına Üzeyir Vəliyev sədr, Çimnaz Süleymanova sədr müavini, Qazaxbəyli kənd ərazi partiya təşkilatına Samir Fərzəliyev sədr, Ələddin Əsədov sədr müavini, Daş Salahlı kənd 1 saylı tam orta məktəb ərazi partiya təşkilatına Tahir Hüseynli sədr, Söylü Pirməmmədova sədr müavini, Daş Salahlı kənd 2 saylı tam orta məktəb ərazi partiya təşkilatına Rəna Bayramova sədr, Aliyə Yusifova sədr müavini,  “Qazax şəhəri N.Nərimanov yaşayış massivi 35” ünvanı üzrə ərazi partiya təşkilatına Çingiz Hüseynov sədr, Əziz Bəxtiyarov isə sədr müavini seçiliblər.

YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev yeni seçilən sədr və sədr müavinlərini təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

DİGƏR Xəbərlər Arxiv