YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qəbələ rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib

Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir.

Növbəti hesabat-seçki yığıncaqları Topbağ, Yenikənd, Bılıx, Məlikli, Qəbələ rayon maliyyə şöbəsi, Kiçik Pirəli, Nic Qəsəbəsi, Həzi Aslanov küçəsi 39 ünavında yerləşən Poçt filialı, Sırt Yengicə, Quşlar, Statistika, Kürd kənd, Seyidqışlaq, Savalan kənd, Nohurqışlaq və Tüntül ərazi partiya təşkilatlarında keçirilib.

Ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib. Məruzə ətrafında çıxış edənlər ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətlərini qənaətbəxş qiymətləndiriblər.

Yığıncaqlarda təşkilati məsələlərə də baxılıb. Topbağ ərazi partiya təşkilatına Şakir Cənnətov sədr, Qubat Cəfərov sədr müavini, Yenikənd ərazi partiya təşkilatına Nazim Məmmədov sədr, Əlhəddin Cənnətov sədr müavini, Bılıx ərazi partiya təşkilatına Samit Qismətov sədr, Araz Nəsirov sədr müavini, Məlikli ərazi partiya təşkilatına Bəhram Ağamirzəyev sədr, Şahid Kərimov sədr müavini, Qəbələ rayon maliyyə şöbəsi ərazi partiya təşkilatına Namiq Ağayev sədr, Vəfadar Feyzullayev sədr müavini, Kiçik Pirəli ərazi partiya təşkilatına Elsəvər Mustafayev sədr, Musinə Əzizova sədr müavini, Nic Qəsəbəsi ərazi partiya təşkilatına Rövşən Balayev sədr, Rafel Vartanov sədr müavini, Poçt filialı ərazi partiya təşkilatına Rauf Kərimov sədr, Samir Osmanov sədr müavini, Sırt Yengicə ərazi partiya təşkilatına Məmmədxan Süleymanov sədr, Buludxan Xəlilov sədr müavini, Quşlar ərazi partiya təşkilatına Dünyamin Cümşüdov sədr, Natiq Ramazanov sədr müavini, Statistika ərazi partiya təşkilatına Natiq Ağaşirinov sədr, Kəmalə Məlikova sədr müavini, Kürd kənd ərazi partiya təşkilatına Ümüdvar Həsənov sədr, Soltan Mehdiyev sədr müavini, Seyidqışlaq ərazi partiya təşkilatına Vaqif Mehdiyev sədr, Əhməd Baxışov sədr müavini seçiliblər.

İclasların sonunda YAP Qəbələ rayon təşkilatının nümayəndəsi Asim Çələbiyev yeni seçilən sədr və sədr müavinlərini təbrik edib, işlərində uğurlar arzulayıb.

DİGƏR Xəbərlər Arxiv