YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Şəmkir rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarına başlanılıb.

Hesabat-seçki yığıncaqları Şəmkir Peşə Liseyi və Mehirli kənd ərazi partiya təşkilatlarında keçirilib.

Yığıncaqlarda ərazi partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib. Çıxış edənlər ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətlərini qənaətbəxş qiymətləndiriblər.

Daha sonra təşkilati məsələlərə baxılıb.  Nizami Əhmədov Şəmkir Peşə Liseyi ərazi partiya təşkilatının sədri, Real Qafarov sədr müavini, Röyal Qasımov Mehirli kənd ərazi partiya təşkilatının sədri, Calal Məmmədov sədr müavini seçilib.

YAP Şəmkir rayon təşkilatının məsul işçisi Şövqi Həsənov, təşkilatın məsləhətçiləri Zamir Güvəndiyev və Azər Qəhrəmanov yeni seçilən sədr və sədr müavinlərini təbrik edərək, işlərində uğurlar arzulayıb.

DİGƏR Xəbərlər Arxiv