YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nərimanov rayon təşkilatı “Heydər Əliyev prospekti 1” ünvanı üzrə ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı “Heydər Əliyev prospekti 1” (Heydər Əliyev Mərkəzi) ünvanı üzrə ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.

Hesabat-seçki yığıncağında YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, Heydər Əliyev Mərkəzinin aparat rəhbəri Məhəmməd Abdullayev, rayon təşkilatının və ərazi partiya təşkilatının əməkdaşları iştirak ediblər.

Ərazi partiya təşkilatının sədri Məhəmməd Abdullayev geniş hesabat məruzəsi ilə çıxış edərək, ötən müddət ərzində təşkilatın fəaliyyəti və görülən işlərdən bəhs edib. Hesabat məruzəsi ətrafında çıxış edən ərazi partiya təşkilatının üzvləri təşkilatın fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Yığıncaqda təşkilati məsələlərə də baxılıb. Məhəmməd Abdullayev “Heydər Əliyev prospekti 1” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, Esmira Vəliyeva isə sədr müavini seçiliblər.

YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev partiyanın VII Qurultayından bəhs edərək yeni Nizamnamənin qəbul edilməsindən, eləcə də struktur dəyişikliklərindən danışıb, bu islahatların partiyanın gələcək inkişafında önəmli rol oynadığını vurğulayıb. S.Vəliyev ərazi partiya təşkilatının daha da sistemli və keyfiyyətli fəaliyyət göstərməsi üçün müvafiq tövsiyələrini verib.

Sonda YAP sıralarına yeni qəbul olunan şəxslərə partiyanın üzvlük vəsiqələri təqdim edilib.