YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa Oyunları zamanı Bakıda iş vaxtı rejimi dəyişdirildi

Nazirlər Kabineti Birinci Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Bakıda iş vaxtı rejiminin dəyişdirilməsi barədə sərəncam verib.

Nazirlər Kabinetindən verilən məlumata görə, sərəncamda qeyd edilir ki, 2015-ci ildə Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Nəqliyyat vasitəlarinin maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək, işçi qüvvəsinin və tamasaçıların ictimai nəqliyyat sisteminin (metro vo avtobus) mövcud imkanlarından tam şəkildə istifadə etmələrinə şərait yaratmaq məqsədi ilə 2015-ci il mayın 1-dən iyulun 1-dək Bakı şəhərində fəaliyyət göstərən dövlət orqanlarında, dövlət müəssisə və təşkilatlarında çalısan işçilərin (növbəli iş vaxtı rejimi asasında və təhsil müəssisələrində işləyənlar istisna olmaqla) əmək funksiyalarını nəzərə almaqla, iş vaxtı rejimi təsdiq edilmiş pilləli şəkildə təşkil edilməlidir.

DİGƏR Xəbərlər Arxiv