YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bəyannamədə əksini tapmış bütün maddələr xalqımızın və dövlətimizin milli maraqları və mənafeyi ilə tam üst-üstə düşür

Məlahət İbrahimqızı

Milli Məclisin deputatı

Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri və bu səfər çərçivəsində imzalanmış Moskva Bəyannaməsindən ölkəmizə qarşı məkrli siyasət yürüdən bəzi daxili və xarici qüvvələr, eləcə də şəxslər sosial şəbəkələrdə və mətbuatda çirkin niyyətli qaralama kampaniyalarına başlayıb. Çox təəsüf ki, bu qüvvələrin Bəyannaməni təhrif edərək apardıqları antiAzərbaycan təbliğatı sadə insanlarda çaşqınlıq yarada bilir. Bu qüvvələr arasında sözsüz ki, bəzi hallarda Bəyannaməni populistcəsinə, emosianallıqla şərh edən ancaq yaxını görən psevdo-siyasətçilərə də rast gəlmək olur. Qeyd etmək istəyirəm ki, Bəyannamədə əksini tapmış bütün maddələr xalqımızın və dövlətimizin milli maraqları və mənafeyi ilə tam üst-üstə düşür. Bu məqsədlə də Bəyannamənin hər bir maddəsinin qısa xülasəsi oxucuların diqqətinə çatdırmaq istərdim. Bu Bəyannamədə ən vacib və diqqət çəkən məsələlərdən biri Rusiyanın bir daha Azərbaycanın ərazi bütövlüüyünü rəsmi olaraq tanıması və bir mənalı olaraq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul etməsidir.

Bəyannaməyə əsasən müttəfiq olsaq da milli maraqlarımıza və mənafeyimizə tam uyğun və müstəqil siyasət yürütməyimiz suveren hüququmuz kimi tanınır. BMT və bu kimi nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə əks olunmuş beynəlxalq hüququn norma və prinsiplərinə əməl edilir. Azərbaycan və Rusiya bir-birinə zərər vermədən bu təşkilatlarda bir-birinin əleyhinə səs vermir. Təhlükəsizlik əlaqələri gücləndirilir və təhlükə mənbələri birgə aradan qaldırılır. 9/10 noyabr 2020 və 11 yanvar 2021-ci ildə Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli müqavilə son nöqtəsinə qədər yerinə yetirilir. Əgər yetirilməsə Rusiya bir öhdəlik olaraq, Ermənistanı buna məcbur edəcək. Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu bir daha vurğulanır.

Hərbi əməkdaşlıq sahəsində əlaqələr daha da genişlənir, Rusiyadan müasir silahlar alınmaqla bərabər Azərbaycana hərbi yardım edilə bilir, Rusiya silahlarının Azərbaycanda istehsalına hüquqi zəmin yaradılır.

Qarşılıqlı olaraq Azərbaycanda hər hansı separatçı qüvvələrə, terrorizmə və narkoticarətə qarşı mübarizədə Rusiya Azərbaycana yardım edəcək.

Xəzərin statusu ilə bağlı Konvensiya bir daha təsdiq olunur. Hər iki ölkədə investorlar ən əlverişli investisiya mühiti ilə təmin edilir və Rusiya Azərbaycana böyük investisiya qoyur.

Lazım gəldikdə və şərait tələb edərsə Rusiya qazı Avropaya ucuz qiymətə, Azərbaycan üzərindən satılır. Azərbaycan Rusiyadan idxalı daha sərfəli qiymətlə çoxaltmaqla Avropadan idxalı azaldır. Bank sektorunda müştərək layihələr həyata keçirilməklə ticarət rubl və manatla aparılır. Şimal-cənub layihəsi ancaq Azərbaycan ərazisindən keçəcək (Ermənistandan kənar keçməklə) və nəqliyyat xərcləri xeyli azaldılacaq. Qarşılıqlı layihələr və təkliflər hər iki tərəfin dəyərləndirməsi ilə həyata keçiriləcəkdir. Rusiyanın Azərbaycan üçün Atom elektrik stansiyası tikməsinə hüquqi zəmin və razılıq verilir. İnformasiya texnologiyaları sahəsində və kiber hücumlara qarşı birlikdə mübarizə sahəsində əməkdaşlıq edilir.

Rusiya bundan sonra da Azərbaycana taxıl və aqrar texnologiyalar sahəsində satışlarını davam etdirir.

Azərbaycanın hər hansı beynəlxalq təşkilatlara üzv olmasında müstəqildir və Rusiya bunu dəstəkləyir.

İki ölkə arasında səhiyyə sahəsində, eləcə də sanitar epidemioloji durumun yaxşılaşdırılması, infeksion xəstəliklərə qarşı mübarizə və bioloji təhlükəsizlik sahəsində əməkdaşlıq daha da genişləndiriləcəkdir.

Azərbaycanla Rusiya arasında humanitar, mədəniyyət və turizm sahəsində əlaqələr daha da genişləndirilir. Rusiyanın bütün qubernatorlarına Azərbaycan ilə əməkdaşlıq etməyə icazə verilir.

Diaspora işləri bundan sonra da genişləndirilərək daha da inkişaf etdirilir.  Təhsil sahəsində əməkdaşlıq sahəsində Rus universitetlərini gələcəkdə də Azərbaycanda açılmasına imkan yaradılır. Bir sözıə Azərbaycanın bütün milli maraqlarının özündə əks etdirən və əməkdaşlığın yüksək nümunəsi Moskva Bəyannaməsi dövlətimizin gələcəyi üçün ciddi töhfədir.