YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Moskva Bəyannaməsi Azərbaycan və Rusiya arasında yüksək münasibətlərin təzahürüdür

Azərbaycan və Rusiya arasında imzalanan Moskva Bəyannaməsinin əsas fəlsəfəsi ölkələrin qarşılıqlı olaraq müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına hörmət nümayiş etdirərək, münasibətlərin güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəliklərdən ibarətdir. Qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş komandan İlham Əliyev cənablarının prioritet hesab etdiyi sahələrdəndir. Möhtərəm Prezidentimizin yürütdüyü bu siyasət Vətən müharibəsində tarixi Zəfərin qazanılmasında böyük rol oynayıb. Prezident İlham Əliyev 2021-ci il noyabrın 20-də xalqa müraciətində Ermənistanı nəzərdə tutaraq deyib: “Digər tərəfdən, qonşularla normal münasibət qura bilməyən ölkə necə inkişaf edə bilər?” Azərbaycan bu gün Ermənistan istisna olmaqla bütün qonşuları ilə - Türkiyə, Gürcüstan, İran, eləcə də Xəzər dənizində sərhədlərə malik olduğu Qazaxıstan, Türkmənistanla və Orta Asiyanın digər türkdilli ölkələri ilə yüksək səviyyəli münasibətlərə malikdir. Təbii ki, çoxşaxəli xarici siyasət gündəliyinə uyğun olaraq ölkəmizin Avropa İttifaqı ilə münasibətləri də yüksələn xəttlə inkişaf edir. Bu ilin mart ayında Bakıda Azərbaycan və Avropa İttifaqı arasında növbəti dəfə təhlükəsizlik dialoqu keçiriləcək. Azərbaycan bu ilin birinci yarısında Avropa İttifaqı ilə ikitərəfli saziş üzrə danışıqları bitirmək və sazişi imzalamaq niyyətindədir. Bu baxımdan hakimiyyətdə olduğu müddətdə 48 dəfə Rusiyaya səfər etmiş möhtərəm Prezidentimiz İlham Əliyev cənabları son səfər zamanı belə bir Bəyannamənin imzalanması iki ölkə arasında münasibətlərin yüksələn xəttlə inkişafından xəbər verir.

Rusiya Azərbaycanın qonşusu, dünyanın ən güclü ölkələrindən və BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir. Azərbaycan və Rusiya arasında tarixən dərin mədəni, humanitar, iqtisadi əlaqələr mövcuddur. Rusiyada milyonlarla azərbaycanlı yaşayır, işləyir. Uzun illərdir ki, iki ölkə prezidenti arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq münasibəti yaranıb. Vətən müharibəsində əldə etdiyimiz zəfərdən sonra Cənubi Qafqazda yeni bir regional nizam, konfiqurasiya formalaşır. Bu yeni konfiqurasiyanın əsas fiqurları isə Azərbaycan, Türkiyə və Rusiyadır. Bu mənada, hər iki ölkə ilə müttəfiqlik bəyannamələrinin imzalanması bu yeni konfiqurasiyanı rəsmən təsbit edir. Qazandığımız hərbi zəfərin siyasi-diplomatik cəbhədə daha da möhkəmləndirilməsi, Azərbaycanın regionda yaratdığı yeni reallığın tam olaraq qəbul edilməsi anlamına gəlir.

Xüsusi olaraq qeyd etməliyik ki, Moskva Bəyannaməsi ilə Azərbaycan və Rusiya arasında münasibətlər keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə yüksəlir. Moskva Bəyannaməsinin ana qayəsi ondan ibarətdir ki, hər iki ölkə müttəfiqlik fəaliyyətini bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı fayda, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlik götürürlər. Hər iki ölkə müttəfiqlik münasibətlərinə xələl gətirən hərəkətlərdən, eləcə də bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinməyə dair öhdəlik götürürlər.

Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənabaları hələ 31 dekabr Dünaya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ilə əlaqədar xalqa müraciətində Rusiya ilə əlaqələrin keyfiyyətcə yeni səviyyəyə qalxacağının anonsunu vermişdi.  Bu baxımdan Bəyannamənin imzalanması yeni gündəmə çıxan məsələ deyil. Bəyannamə tərəflər arasında bərabərhüquqlu münasibətləri yüksək səviyyədə tənzimləyən sənəddir, hər iki tərəfin, o cümlədən də Rusiyanın üzərinə ciddi öhdəliklər qoyur. Bu öhdəlik Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, separatizmə qarşı mübarizə, bir birinin daxili işlərinə qarışmamaq və digər məsələləri əhatə edir. Bu sənəd Türkiyə və Azərbaycan arasında bağlanan Şuşa Bəyannaməsinə təsir edə bilməz. Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyəni bir-birinə daha da bağlayan, strateji əlaqələrini gücləndirən qardaşlıq bəyannaməsidir. Bəzi maraqlı şəxslərin, siyasi qrupların Moskva müqavilənin mahiyyətini təhrif etməsi, onun Azərbaycanın müstəqilliyini məhdudlaşdıran, təhlükəsizliyinə xələl gətirən addım olması ilə bağlı iddiaları tam yanlışdır.

İlqar İlyasov,

YAP Laçın rayon təşkilatının sədri