YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Füzuli istiqamətində mövqelərimiz atəşə tutulub

Azərbaycan Ordusunun Füzuli rayonunun Yuxarı Veysəlli kəndi istiqamətində yerləşən mövqeləri fevralın 23-ü saat 10:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.