YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən müharibəsi şəhidi doğum günündə anılıb

Ağstafada Vətən müharibəsi şəhidi Namazov Mahmud Ələsgər oğlunun doğum günü münasibətilə məzarı ziyarət olunub.

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri Ariz Qədiməliyev, Ağstafa Rayon Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Qıraq Kəsəmən kənd ərazi partiya təşkilatının sədri Nürəddin Yaqubəliyev və “Ağstafa Gənclər evi” Sosial Xidmət müəssisəsinin direktoru Nicat Vəkilov şəhidin məzarını ziyarət edərək, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Həmçinin Vətən müharibəsi şəhidləri Tatarov Adil Əli oğlunun və Kərimov Sübhan Murtuz oğlunun da məzarları ziyarət olunub, ruhlarına dualar oxunub.

Daha sonra şəhidin doğulub boya-başa çatdığı, ailə üzvlərinin yaşadığı ünvan ziyarət olunub. Tədbir iştirakçıları şəhidin ailə üzvlərinin qayğı və problemləri ilə maraqlanıblar. Görüşdə şəhidin keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib