YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Sabirabad rayon təşkilatının əməkdaşları şəhid Balakişiyev Zamin Dadaş oğlunun ailəsini ziyarət ediblər

YAP Sabirabad rayon təşkilatının əməkdaşları İkinci Qarabağ müharibəsində Vətənimizin müdafiəsi uğrunda canından keçən Sabirabad rayon Qaralar kənd sakini şəhid Balakişiyev Zamin Dadaş oğlunun ailəsini ziyarət ediblər.

YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov bildirib ki, 44 gün ərzində Qələbəyə nail olmaq hərb tarixində bir yenilikdir: “Bu Qələbənin qazanılmasında Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi əsas rol oynadı.”

Qeyd olunub ki, xalqımız torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini daim uca tutur.

Sonra şəhidin məzarı ziyarət edilib, üzərinə tər gül-çiçək dəstələri düzülülərək əziz xatirəsi böyük ehtiramla yad olunub.

Şəhidin valideynləri göstərdikləri diqqət və qayğıya görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

DİGƏR Xəbərlər Arxiv