YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən müharibəsi şəhidinin doğum günündə xatirəsi anılıb

Vətən müharibəsi şəhidi Nəzərli Vasif Zahid oğlunun doğum günü münasibətilə məzarı ziyarət edilib.

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri Ariz Qədiməliyev və əməkdaşı Vüqar Həsənov, Ağstafa Rayon Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Vurğun qəsəbə ərazi partiya təşkilatının sədri Tahir Şıxıyev və “Ağstafa Gənclər evi” Sosial Xidmət müəssisəsinin direktoru Nicat Vəkilov şəhidin məzarını ziyarət edərək, önünə gül dəstələri düzüb, əziz xatirəsini böyük ehtiramla yad ediblər. Şəhid ailəsi üzvlərinin də iştirak etdiyi mərasimdə şəhidin ruhuna dualar oxunub. Tədbir çərçivəsində, həmçinin şəhid Əlizadə Xəyal Nəsrəddin oğlunun və Məmmədli Fazil Razim oğlunun da məzarları ziyarət olunub, məzarları önünə gül dəstələri düzülərək, şəhidlərimizin əziz xatirəsi böyük ehtiramla yad edilib.

Daha sonra şəhidin doğulub boya-başa çatdığı, ailə üzvlərinin yaşadığı ünvan ziyarət olunub, onların qayğıları ilə maraqlanılıb, dərin hüznlə başsağlığı verilərək, şəhidin keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib. Şəhidin ailəsi dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

DİGƏR Xəbərlər Arxiv