YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın VII qurultayı partiyanın fəaliyyətini yeni mərhələyə yüksəltdi

Ülviyyə Axundova

YAP Gənclər Birliyinin üzvü

Tarixi zərurətdən yaranan və Azərbaycanın parlaq gələcəyinin təminatçısına çevrilən Yeni Azərbaycan Partiyasının VII Qurultayının 1 ili tamam olur.

Yeni Azərbaycan Partiyasının hər bir qurultayı ölkəmizin siyasi-ictimai həyatında böyük hadisə kimi tarixə düşür. Bu təsadüf deyil. 30 il öncə müstəqil Azərbaycanın qurucusu, Ümumilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası ilk gündən indiyədək cəmiyyətin əsas və aparıcı siyasi qüvvəsi kimi fəaliyyətdədir.

Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan Qarabağ zəfəri ilə regionda yeni reallıqlar və imkanlar yaradan Azərbaycan bugünkü inkişaf, yüksəliş və tərəqqi mərhələsinə asanlıqla gəlməyib. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı və beləliklə, həm Azərbaycanın, həm də Yeni Azərbaycan Partiyasının həyatında yeni bir mərhələyə keçildi. Müstəqilliyimizin ilk zamanlarında yaşanan çətin hadisələr, qeyri-sabitliyin mövcudluğu Ümumilli liderin əzmini qıra bilmədi. Bu zamanlarda Azərbaycan xalqı öz rəhbərinin ətrafında daha sıx birləşməyə başladı və “xalq-iqtidar” birliyinin əsasını qoydu.

Ümummilli lider Heydər Əliyevin ölkədə yaratdığı sabitlik indeksi, bundan irəli gələrək bütün sahələrdə paralel şəkildə aparılan islahatlar Azərbaycan xalqının qurtuluşunu və rifahının təminatçısına çevrilmişdir.

Partiyanın sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən VII qurultay və orada qəbul olunan qərarlar partiyanın fəaliyyətini yeni mərhələyə yüksəltdi. Yeni Azərbaycan Partiyası qəbul olunan qərarlarla, yeni hədəflərlə və Azərbaycanın regionda yaratdığı yeni reallıqlarla birlikdə yeni siyasi nümunə ortaya qoydu və ölkənin aparıcı siyasi qüvvəsi kimi bundan sonra da qarşısında dayanan vəzifələri layiqincə yerinə yetirəcəyini nümayiş etdirdi.

VII Qurultayda qəbul edilən qərarlar, yeni heyətlərin formalaşması, yeni reallıqlara uyğun istiqamətlərin diqqətə çatdırılması nəinki Yeni Azərbaycan Partiyasının üzvləri, həmçinin bütün cəmiyyətdə yeni yol xəritəsinin müəyyənləşməsinə zəmin yaratdı. Bu gün Yeni Azərbaycan Partiyasının sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dünyada əməkdaşlıq üçün layiqli tərəfdaş kimi qəbul edilir.

Sözsüz ki, Azərbaycanın bugünki inkişafının, tərəqqisinin mənbəyində güclü və uzaqgörən lider, xalq-iqtidar birliyi, milli və mənəvi dəyərlərin qorunub saxlanılması, yeni islahatların aparılması və yeni çağırışlara cavabverən savadlı, bacarıqlı, vətənpərvər kadrların yetişdirilməsi siyasəti xüsusilə vurğulanmalıdır.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun 44 gün ərzində əbədi və əzəli torpaqlarımızın işğaldan azad edilməsi regiondakı reallıqların dəyişilməsinə, status-kvonun ləğvinə, illərdir inkişafı ləngiyən və çıxmaza girən münasibətlərin açılmasına şərait yaratdı. Azərbaycanın hərbi və diplomatik qələbəsi ilə başa çatan 44 günlük Vətən Müharibəsində əldə olunan zəfər Azərbaycan liderinin uzagörən siyasətinin, qırılmaz əzminin, yüksək insani keyfiyyətlərinin sübutudur.

VII Qurultay Yeni Azərbaycan Partiyasının fəaliyyətinə yeni əsas anlayışlar qazandırdı. Yeni qərarlar, hədəflər və istiqamətlərin hər biri yeni, çevik mexanizminin yaradılması baxımından xüsusi aktuallıq kəsb edir və cəmiyyətin rifahı, milli maraqlarımızın qorunması, Qarabağın dirçəlişi, ölkəmizin dayanıqlı və davamlı inkişafının təməlində duran dayaq nöqtələri müəyyən edir. Partiyanın hər bir üzvünün üzərinə düşən bu məsuliyyət həmçinin, onlara göstərilən inamın da göstəricisidir.

Yeni yanaşmaların, anlayışların tətbiqi cəmiyyət həyatının istənilən sahəsində inkişafın, fəaliyyət dinamizmin və ahəngdarlığın təmini ilə yanaşı zamanın nəbzini tutan islahatların həyata keçirilməsini də zəruri edir. Partiyamızın nail olduğu yüksəliş nümunələri də dəyişikliklərin, yeniliklərin labüdlüyünün və uğurlu nəticəsinin ən gözəl nümunələridir.

Dünənin, bu günün və gələcəyin uğurlu təminatçısı olan Yeni Azərbaycan Partiyasının hər bir üzvü bundan sonra da göstərilən etimadı doğruldaraq qarşıya qoyulan hədəflərə doğru inkişaf surətini artıracaq və möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə dövrün yeni reallıqlarının, çağırışlarının da öhdəsindən uğurla gələcəkdir.