YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti bütün dünyada Azərbaycan qadınının nüfuzunu yüksəldir

Anastasiya Lavrina

YAP Gənclər Birliyinin üzvü

8 Mart – Beynəlxalq Qadınlar Günü Azərbaycanda hər il rəsmi bayram kimi qeyd edilir. İslam dünyasının tarixi – mədəni mərkəzlərindən biri olan Azərbaycan, dünyəvi və çoxkonfessiyalı dövlətdir və burada qadınlar dövlətin inkişafında fəal iştirak edir.

Müasir Azərbaycan qadını ölkənin sosial – iqtisadi, intellektual və mədəni potensialının artmasına böyük töhfələr verir. Azərbaycanda qadın təkcə ailə dəyərlərinin qoruyucusu, qayğıkeş ana və həyat yoldaşı deyil, həm də dövlətin mənafeyini sədaqətlə müdafiə etməyə daim hazır olan güclü şəxsiyyətdir. Tarix boyu Azərbaycan qadını hər zaman vətənin müdafiəsində fədakarlıq göstərib. Azərbaycan ərazilərinin 20 faizinin 30 ilə yaxın erməni işğalı altında olmasını nəzərə alaraq, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına xüsusi diqqət yetirilib. 44 günlük Vətən Müharibəsində qadınlar həm mülki, həm də hərbi sahədə şücaət göstərdilər. Hazırda Azərbaycan Ordusunun bütün qollarında yüzlərlə qadın xidmət edir. Azərbaycanın Vətən müharibəsindəki parlaq qələbəsi, ərazi bütövlüyünün bərpası işğaldan azad edilmiş ərazilərin inkişafı üçün yeni imkanlar açdı. İndi də Azərbaycan qadınları işğaldan azad edilmiş Qarabağın inkişafı naminə həyata keçirilən müxtəlif sosial və iqtisadi layihlərdə fəal şəkildə iştirak edirlər.

Azərbaycan qadını mühüm dövlət orqanlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, elmi, mədəni və ictimai proseslərdə fəal iştirak edir, həmçinin ölkədə idmanın inkişafına böyük töhfələr verirlər. Birinci vitse – prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkə qadınları üçün qoyduğu nümunəni nəzərə alsaq, bu, təəccüblü deyil. Mehriban Əliyeva çoxşaxəli fəaliyyəti ilə Azərbaycan qadınının ölkədə və beynəlxalq aləmdə nüfuzunu yüksəldir.

Müxtəlif sahələrdə, o cümlədən sivilizasiyalararası dialoqda genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara göstərdiyi diqqətə, təhsilə və ictimai – sosial layihələrə dəstəyinə görə, Azərbaycanın musiqi irsinin inkişafına görə Mehriban Əliyeva ISESCO və UNESCO-nun xoşməramlı səfiri fəxri adı və bir çox başqa mükafatlara layiq görülüb. Mehriban xanım Əliyevanın xeyriyyəçilik fəaliyyəti bir sıra ölkələri, qitələri əhatə edir və Heydər Əliyev Fondu uzun illərdir Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsidir. Fond həm Azərbaycanda, həm də dünyanın bir çox yerlərində xeyriyyə tədbirləri təşkil edir və humanitar layihələr həyata keçirir.

Bu layihələr sırasında, Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikanda təmir işlərinə, o cümlədən Sikstin kapellasının, iki katakombanın bərpasına, Vatikan Apostol Kitabxanasında qədim əlyazmaların mühafizəsi və rəqəmsal nüsxələrinin yaradılmasına vəsait ayrılmışdır. Xeyriyyə işləri arasında Luvr muzeyinin qalereyalarından biri olan Strasburqda Versal Sarayının və orta əsrlər kilsəsinin bir hissəsinin bərpası, Həştərxanda Azərbaycan – Rusiya Dostluq Körpüsünün tikintisi, Rusiyada Müqəddəs Knyaz Vladimirə aid ilk abidənin ucaldılmasını və digər layihələr vardır.

Gender siyasətinin inkişafı və gücləndirilməsi dövlətin milli maraqlarına xidmət edir. Birinci xanım Mehriban Əliyevanın fəaliyyəti mənəvi və intellektual zəngin Azərbaycan qadınlarının mərhəmət və xeyirxahlığının bariz nümunəsidir.