YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazaxda 8 mart - Beynəlxalq Qadınlar Günü qeyd olunub

YAP Qazax rayon təşkilatında 8 mart - Beynəlxalq Qadınlar Günü müasibətilə tədbir keçirilib.

Tədbiri Yeni Azərbaycan  Partiyası Qazax rayon təşkilatın sədri Anar Nəbiyev açaraq Azərbaycan qadınlarının simvolu, Birinci vitse-prezident, Yeni Azərbaycan Partiyası Sədrinin Birinci müavini Mehriban xanım Əliyeva başda olmaqla bütün Azərbaycan qadınlarını təbrik edib və ən xoş arzularını bildirib.

Rayon təşkilatının sədri ulu öndər Heydər Əliyevin müdrik kəlamlarını da tədbir iştirakçılarına bir daha xatırladıb: “Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti ilə, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə, millətinə, torpağına olan hədsiz məhəbbəti ilə və gözəlliyi, Azərbaycan xalqının xüsusiyyətləri ilə tanınmışdır. Ancaq bununla bərabər, əsrlər boyu Azərbaycan qadınının üzərinə böyük zəhmətlər düşmüşdür. O zəhməti də qadın həmişə mərdliklə, cəsarətlə çəkmişdir və heç vaxt bu zəhmətdən inciməmişdir”.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti Başçısının müavini Gülayə Həsənova, partiya fəallarından - Afət Eyyubova, Gövhər Rəhimova, Bəsti Ələkbərova, Səfurə Rəhimova və başqalarının çıxış olub.