YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən Müharibəsi Qəhrəmanı Elçin Mansurovun ailəsi ziyarət olunub

Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Vətən Müharibəsi Qəhrəmanı şəhid Mansurov Elçin Elşad oğlunun ailəsini ziyarət edib.

N.Əhmədov şəhidin anası Məleykə Mansurovanı bayram münasibətilə təbrik edib, qayğı və problemləri ilə maraqlanıb.

Şəhidin anası göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.

Şəhidin ailəsinə bir daha dərin hüznlə başsağlığı verən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov Azərbaycan Ordusunun qüdrətindən, Şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaətdən və vətənpərvərliklərindən söz açıb. Bildirib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanması hər birimiz üçün qürurvericidir: “Bu gün Xəzər rayonunda yaşayan şəhid ailələri, qazilər, eləcə də müharibə iştirakçıları qayğı ilə əhatə olunublar. Dövlət başçımız cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa diqqət və qayğısı ilə hər bir şəhidin Vətən naminə xidmətləri yüksək qiymətləndirilir, xatirələri əbədiləşdirilir”.

Qeyd edilib ki, Vətən Müharibəsi Qəhrəmanı Elçin Mansurovun adının əbədiləşdirilməsi məqsədilə onun ailəsinin yaşadığı Binə qəsəbəsindəki küçəyə şəhidin adı verilib, göstərici lövhələr vurulub. O cümlədən Nazirlər Kabinetinin qərarı ilə Binə qəsəbəsində yerləşən 88 saylı tam orta məktəb də şəhidin adını daşıyır.