YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fransanın Azərbaycandakı səfiri Paskal Mönye və Strasburq Universitetinin prezidenti Alen Beretz Dövlət İqtisad Universitetində tələbələrlə görüşüb

Fransanın Azərbaycandakı səfiri ADİU-da olub.

Fransanın Azərbaycandakı səfiri Paskal Mönye və Strasburq Universitetinin prezidenti Alen Beretz Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) olub.

Tələbələrlə görüşən səfir P.Mönye iki ölkə arasında təhsil sahəsində əlaqələrin genişləndirilməsindən danışıb. Diplomat qeyd edib ki, bu əməkdaşlığın inkişafına hərtərəfli dəstək göstəriləcək.

Sonra Strasburq Universitetinin prezidenti A.Beretz tələbələrə “Fransada ali təhsil və tədqiqat: xarici tələbələr üçün imkanlar” mövzusunda mühazirə oxuyub. A.Beretz tələbələrə Fransada ali təhsil müəssisələri, yüksək keyfiyyətli tədqiqatlar, strategiyalar, tətbiq olunan son yeniliklər barədə məlumat verib.

Tədbirin sonunda P.Mönye və A.Beretz tələbələri maraqlandıran sulalları cavablandırıblar.