YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağstafa rayonunda şəhid Əfqan Səfərovun məzarı ziyarət edilib

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri Ariz Qədiməliyev, Ağstafa Rayon Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Həsənsu kəndi ərazi partiya təşkilatının fəalları və ictimaiyyətin nümayəndələri Vətən müharibəsi şəhidi Səfərov Əfqan Nadir oğlunun doğum günü münasibətilə məzarını ziyarət edib, önünə gül dəstələri düzərək, əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Şəhid ailəsi üzvlərinin də iştirak etdiyi mərasimdə şəhidin ruhuna dualar oxunub. Tədbir çərçivəsində həmçinin Tovuz döyüşləri zamanı şəhid olmuş Mustafazadə Elçin Arif oğlunun da məzarı ziyarət olunub, məzarı önünə gül dəstələri düzülərək, şəhidimizin əziz xatirəsi böyük ehtiramla yad edilib.

Daha sonra şəhidin doğulub boya-başa çatdığı, ailə üzvlərinin yaşadığı ünvan ziyarət olunub, onların qayğıları ilə maraqlanılıb, dərin hüzünlə başsağlığı verilərək, şəhidin keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib. Şəhidimizin ailəsi dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.