YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın VII Qurultayı partiyanın həyatında yeni mərhələnin başlanğıcıdır

Vahid Əliyev

YAP Xocalı rayon təşkilatının sədri

Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranan və müasir, müstəqil Azərbaycan dövlətinin ictimai-siyasi həyatında müstəsna rolu və yeri olan siyasi təşkilatdır. Yeni Azərbaycan Partiyasının yarandığı dövrdə respublikada mövcud olan ictimai-siyasi, hərbi vəziyyəti obyektiv şəkildə təhlil etmədən, partiyanın yaradılması zərurətini və Azərbaycanın dövlət müstəqilliyinin qorunub-saxlanılmasını, ilbəil dövlət müstəqilliyinin möhkəmləndirilməsini, dinamik inkişaf tempinin təmin edilməsini və ən nəhayət uzun müddət erməni əsarətində qalan qədim yurd yerlərimizin azad edilməsində oynadığı rolu və xidmətləri düzgün qiymətləndirmək mümkün deyil. Yeni Azərbaycan Partiyası dövlətimizi və xalqımızı düçar olduğu bəladan xilas etmək üçün yarandı.

Yeni Azərbaycan Partiyasının hakimiyyətdə olduğu ilk illər olduqca mürəkkəb ictimai-siyasi, hərbi hadisələrlə müşayiət olundu. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin qətiyyəti, beynəlxalq səviyyədə malik olduğu nüfuzu və xalqımızın Ulu Öndərimizin ətrafında sıx birliyi sayəsində respublikamız düçar edildiyi bütün bəlalardan xilas edilərək, müstəqillik yolunda atdığı kövrək addımlarını möhkəmləndirdi və inkişaf mərhələsinə qədəm qoydu və dövlət müstəqilliyimiz dönməz xarakter aldı.

Yeni Azərbaycan Partiyası tarixi şəraiti nəzərə alaraq, özünün Nizamnamə və Proqramını mövcud ictimai-siyasi vəziyyətə və qarşıda duran hədəflərə uyğun olaraq daim yeniləyən siyasi təşkilatdır. Məhz bu səbəbdən də iqtidar partiyası olaraq Azərbaycanda uğurlu inkişafı təmin edə bilir.

5 mart 2021-ci ildə Yeni Azərbaycan Partiyasının növbəti VII qurultayı keçirildi. Azərbaycan Respublikasının Prezidenti, partiyamızın Sədri cənab İlham Əliyev qurultayda geniş nitq söyləyərkən Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi yolu ətraflı təhlil etdi və yeni tarixi şəraitə uyğun olaraq digər sahələrdə olduğu kimi partiyanın özündə də islahatların aparılmasının zəruriliyini qeyd etdi. Qurultayda Yeni Azərbaycan Partiyasının idarəetmə sistemində və Nizamnaməsində əsaslı dəyişikliklər aparıldı. Yeni tarixi şəraitə uyğun yeni proqramın hazırlanaraq təsdiq edilməsi Yeni Azərbaycan Partiyasının İdarə Heyətinə həvalə olundu. Ötən bir il müddətində Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı və İdarə Heyəti olduqca məhsuldar fəaliyyət göstərərək partiyanın fəaliyyətini tənzimləyən sənədlər toplusunu hazırladı və təsdiq etdi. Yeni təsis edilmiş Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatın Əsasnaməsi, yerli təşkilatlar haqqında Əsasnamə, Təftiş Komissiyasının Reqlamenti, üzvlük haqqının məbləği və ödənilməsi Qaydası, Yeni Azərbaycan Partiyasının yeni Proqramın işlənib hazırlandı və təsdiq edildi. Yeni Nizamnamənin tələblərinə uyğun olaraq 76 şəhər və rayonlar üzrə sədrlərin təsdiq edilməsi məsələsi icra olundu ki, artıq bütün yerli təşkilatlar yeni qaydalara uyğun fəaliyyət göstərir.

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının tapşırığına əsasən yerli təşkilatların nəzdində fəaliyyət göstərən bütün ərazi partiya təşkilatlarında qrafik üzrə hesabat-seçki yığıncaqları keçirilmişdir ki, bu da partiya üzvlərinin yeni Nizamnamə və Proqramla, eyni zamanda qəbul edilmiş yeni sənədlərlə tanış edilməsi ilə yanaşı, onların siyasi fəallığının artırılmasına öz təsirini göstərməkdədir. Yeni strukturun təsdiq edilməsindən keçən qısa müddət ərzində partiya sıralarına qəbul olmaq arzusunda olanların çoxsaylı müraciətləri yuxarıda qeyd olunanların təsdiqi kimi qəbul edilə bilər. Partiya üzvlüyünə qəbul olmaq istəyənlərin tam əksəriyyətini gənclər təşkil edir. Bu da müasir gəncliyin Yeni Azərbaycan Partiyası sıralarında özünün potensialını reallaşdırmağın üstünlüyü kimi qəbul edildiyini və Yeni Azərbaycan Partiyasının keçdiyi yolun şərəfli bir yol olduğunu təsdiq edir.