YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xətai rayonunda şəhid ailələri və qazilər ziyarət olunub

Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri və Aparat nümayəndələri, Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri İkinci Qarabağ müharibəsində şəhid olmuş Vətən övladlarının ailələrini, eyni zamanda qaziləri Novruz bayramı ərəfəsində ziyarət ediblər. Ziyarətlər zamanı Xətai Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Anar Məmmədov şəhidlərimizin və qazilərin keçdiyi döyüş yolundan söhbət açaraq bildirib ki, 2020-ci il tariximizə Qələbə ilə kimi yazılıb: “Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun gücü, qüdrəti, xalqımızın dəmir yumruq kimi birliyi, həmrəyliyi, torpaq, Vətən sevgisi sayəsində 30 ilin işğalına son qoyuldu. Bu gün ölkə Prezidenti İlham Əliyev qalib ölkənin qalib Sərkərdəsi kimi işğaldan azad edilmiş ərazilərimizə səfərlər edir, bu məkandan işğalçı dövlətə mesajlarını çatdırır. Bu çağırış daim bəyan edilir ki, Ermənistan Azərbaycan Ordusunun  44 gündə verdiyi dərsi tarix boyu unuda bilməz. Əgər Ermənistanda revanşist qüvvələr baş qaldırarlarsa, “Dəmir yumruq” yerindədir. Bu əminlik, inam Azərbaycan gənclərinin torpaq, Vətən sevgisindən, hər an torpaqlarımızın müdafiəsinə hazır olmalarından irəli gəlir”.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə şəhidliyin ən yüksək zirvə olduğunu önə çəkərək qanları, canları ilə tarix yazan Vətən oğullarının xatirəsinin daim qəlbimizdə yaşayacağını bildirib.

V.Rəhimzadə qeyd edib ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırması, eyni zamanda, tarixi Zəfərimizdən sonra ölkə Prezidentinin və birinci xanım Mehriban Əliyevanın 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşü özündə bir çox məqamları ehtiva edir: “Prezident İlham Əliyev daim  şəhidlərimizi ehtiramla yad edir, qazilərimizə şəfa diləyir, onların valideynlərinə minnətdarlığını bildirir.  Qeyd edir ki, şəhidlərimiz və qazilərimiz tarixi Zəfərimizin qəhrəmanları olaraq bizim üçün hər zaman əzizdirlər, onların həyat yolu gənclərimiz üçün vətənpərvəlik məktəbidir. Xalqımızın qalibiyyət ovqatını bütün varlığı ilə yaşadığı bu bayram günlərində bir daha Vətənimizin ərazi bütövlüyünün bərpası naminə canlarını fəda etmiş qəhrəman övladlarımıza Allahdan rəhmət diləyir, onların əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə şəfa arzulayırıq”.

Ziyarət zamanı şəhidlərin və qazilərimizin döyüş yolundan geniş bəhs edilib, onların torpaq, Vətən sevgisinin tarixi Zəfərimizdə əsas amil olduğu vurğulanıb.

Qazilər və şəhid ailələrinin üzvləri  göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və YAP rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.