YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən müharibəsi Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Zəfər tariximizin qəhrəmanları: şəhidlərimiz, qazilərimiz” adlı layihə çərçivəsində növbəti tədbir keçirib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra ölkəmizin ərazi bütövlüyü və suverenliyi naminə canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Sonra layihə çərçivəsində 44 günlük Vətən müharibəsi zamanı şəhid olmuş Nizami rayonunun qəhrəman övladlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə hazırlanmış film nümayiş etdirilib.

Çıxış edən layihə rəhbəri Səbinə Novruzzadə deyib ki, layihə Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsindən, Vətən müharibəsi iştirakçılarının tanıdılmasından, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində tədbirlərin təşkilindən və onların Zəfər tariximiz barədə maarifləndirilməsindən bəhs edir. Üç ay davam edəcək və şəhidlərimizin əziz xatirəsinə, eləcə də qazilərimizə olan dərin hörmətin, ehtiramın göstəricisi kimi layihə Zəfər tariximizin gənclərin yaddaşına yazılmasına xüsusi töhfəsini verəcək, onların maarifləndirilməsinə vəsilə olacaq.

Tədbirdə şəhid Elsevər Əhədzadənin anası Dilbər Əhədova, şəhid Toğrul İsayevin atası Natiq İsayev, qazi Azər Abbasov, Azərbaycan Rus İcmasının Nizami rayon şöbəsinin sədri, Milli Qəhrəman Yuriy Kovalyovun qardaşı Vitaliy Kovalyov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov çıxış edərək şəhidlərin, qazilərin, müharibə iştirakçılarının şücaətindən, döyüş yolundan, eləcə də müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən danışıblar. Bildiriblər ki, 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun yağı düşmən üzərində zəfəri Azərbaycan tarixinə qızıl hərflərlə əbədi olaraq həkk olunub. Çıxış edənlər şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Tədbirin sonunda təltifetmə mərasimi keçirilib, şəhid anaları, qazilər mükafatlandırılıblar.