YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Göygöldə veteranlar, Vətən müharibəsi iştirakçıları və qazilərlə görüş keçirilib

YAP Göygöl rayon təşkilatının qərargahında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlunun iştirakı ilə veteranlar, Vətən müharibəsi iştirakçıları və qazilərlə görüş keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri qoyulub. Sonra ərazi bütövlüyümüzün bərpası uğrunda canından keçən vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən deputat Elşad Mirbəşiroğlu Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki yeri və rolu haqqında geniş məlumat verib.

Çıxışlarda 44 günlük Vətən müharibəsində qələbənin əldə olunmasında Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev başda olmaqla qəhrəman hərbçilərimizin göstərdiyi şücaətlərdən danışılıb.

Tədbirdə Vətən müharibəsi iştirakçıları və qazilərin bir qrupu YAP-a üzv olmaq üçün müraciət ediblər.